111 saylı məktəbin birinciləri "Yaşıl dünya naminə həmrəylik ili" münasibətilə tədbir keçiriblər - FOTO

 12:16 24.09.2024     98

Paytaxtın Rövşən Nəsirov adına 111 saylı məktəbində "Yaşıl dünya naminə həmrəylik ili" münasibətilə tədbir keçirilib.

Redaktor.az xəbər verir ki, məktəbin ibtidai sinif müəllimi Sevda Cavadovanın təşkilatçılığı ilə keçirilən tədbirdə 1ç sinif şagirdləri yaşıl dünyadan bəhs edən videoçarxa baxıb, müxtəlif səhnəciklər, rəqslər təqdim edib, şeirlər, mahnılar səsləndirib, yaşıl boya ilə rəsm çəkib, rəngləmə işləri aparıblar. Sevda Cavadova şagirdlərə COP29 haqqında təqdimat edib.

Məktəbin direktoru Jalə Hacıyeva birincilərin yaşıl dünyaya marağını, təbiətə, ətraf mühitə münasibətlərini yüksək qiymətləndirib, maraqlı tədbirə görə təşəkkürünü bildirib. 

Sonda şagirdlər sinif otağında olan müxtəlif dibçək güllərinin çoxaldılması barədə məlumatlandırılıb, onlara qulluq edib, yenilərini əkiblər.

Redaktor.az

222222