"Avropada heç belə geyinmirlər, yalnız bizimkilər belə geyinir" - Rəşid Mahmudov

 16:48 24.09.2024     1070

Xəbər verdiyimiz kimi, Azərbaycan Tibb Universitetinin müəlimi Nazxanım Nəzirbəyin təhsil ocağının tələbələrinin fotosunu çəkməsi və üstəlik bunu sosial şəbəkədə paylaşaraq “bu geyimdə dərsə gələnlər dərsimə buraxılmır. Dekoltelər, yarım qarış “yubka”larınızı gecə klublarında geyinin” deməsi müzakirələrə səbəb olub. Bəziləri onu haqlı sayır, bəziləri isə tənqid edir.

Mövzuyla bağlı Redaktor.az-a danışan Tibb Universitetinin (ATU) dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov müəllimin tələbənin geyiminə qarışmağa ixtiyarı olmadığını deyib:

“Bunu kim edibsə, düz etməyib. Sənin tələbəylə nə işin var, nə geyinir, qoy geyinsin, özü bilər. İndi Avropa deyilən bir şey var və hamı ora qaçır. Amma hansı ki, orada heç belə geyinmirlər, yalnız bizimkilər belə geyinir. Qaldı ki, tələbə nə geyinir geyinsin, nəyimə lazımdır. Tələbə o geyiminin üstündən xalat geyinir və onda da heç geyimi görünmür. Mən heç bir tələbəyə geyimiylə bağlı irad bildirmərəm”.

Vasif ƏLİHÜSEYN