"Müəllim heyəti olduqca mehribandır" - Qarabağ Universitetinin tələbəsi
"Qarabağ Universitetində təhsil aldığım üçün çox sevincliyəm. Burada olmaq özü qürurvericidir"
Bu sözləri Redaktor.az-a açıqlamasında Qarabağ Universitetinin ingilis dili müəllimliyi ixtisasının I kurs tələbəsi Bahar Həsən qızı Əmrahzadə bildirdi.
O, universitetlə bağlı təəssüratlarını saytımıza danışdı:
"İlk gün açılışdan sonra dərslər keçdik. Düzdür, asan olmadı: yeni həyat, yeni dostlar, yeni müəllimlər və daha çətin dərslər... Amma müəllim heyəti olduqca mehribandır və bütün bunların öhdəsindən gəlməyimiz üçün böyük dəstək göstərirlər".
Bahar Əmrahzadə Qarabağ Universietindəki təhsilini uğurla başa vurduqdan sonra daha da böyük nailiyyətlərə imza atacağına inamını ifadə etdi.
Sevinc İBRAHİMZADƏ