Arif Səlimova "Əl-Xarəzmi" mükafatı VERİLDİ - FOTO

 17:17 04.10.2024     115

“Türk Dünyası Bilim Ödülleri” ( https://turkdunyasibilimodulleri.org/ ) adlı elm mükafatları Osmanlı İmperatorluğunun ilk paytaxtı olan Bursa şəhərində 03.10.2024 tarixində Türk Dövlətləri Təşkilatının yarandığı gündə keçirilən rəsmi tədbirdə laureatlara təqdim olunub.

Redaktor.az xəbər verir ki, bu mükafatlar çalışdığı elm sahəsində çığır açmış, dünya akademik ədəbiyyatına önəmli əsərlər bəxş etmiş, çox önəmli elmi layihələrə imza atmış, Türk dünyasına çox sayda elm adamları yetişdirmiş araştırmaçı elm adamlarına verilir.

Mükafatlandırma mərasimi Bursa Texnik Univesitetində keçirilib. Tədbirdə Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova da iştirak edib.

Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Azərbaycan Prezidenti yayında AAK-ın "Riyaziyyat və Mexanika" üzrə Ekspert Şurasının sədri, BDU-nun kafedra müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Arif Səlimov Türk dünyasının elm mükafatlarından olan “ƏL-XARƏZMİ (HAREZMİ) RİYAZİYYAT MÜKAFATINA" layiq görülüb.

Qeyd edək ki, "Türk Dünyası Bilim Ödülleri" Riyaziyyat üzrə Əl-Xarəzmi, Tibb üzrə İbni-Sina, Ədəbiyyat üzrə Çingiz Aytmatov, Kimya üzrə Oktay Sinanoğlu adına və s. olmaqla 27 müxtəlif elm sahəsi üzrə hər sahədən bir elm adamına verilib. Tədbirdə Aziz Sancar adına "Türk Dünyası Onur Odülü" də verilib.

TÜRKAN

2222222