"Universitetlərdə o qədər fənn var ki, onlar keçirilməməlidir" - Emin Əmrullayev

 12:53 08.10.2024     628

Ali təhsil müəssisələrində proqramların yenilənməməsi daima gündəmə gəlir.

Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunu çərçivəsində təşkil edilmiş "Biliyi dəyərə çevirən sinerji" adlı paneldə çıxışı zamanı deyib.

Nazir bildirib ki, bəzən dəyişiklik edilməməsinin səbəbi təhsilə aidiyyatı olmayan məsələlər olur: "Ali təhsil müəssisələrində o qədər fənn var ki, onlar keçirilməməlidir. Əgər dəyişiklikliyə hazırıqsa, bunu edək".