Gənc müəllim vəfat etdi - FOTO

Qusar şəhər 4 nömrəli tam orta məktəbin informatika müəllimi Zöhrabova Zərif Radəl qızı 08.10.2024-cü il tarixində axşam saatlarında dünyasını dəyişib.
Redaktor.az xəbər verir ki, bu barədə məktəbin feysbuk səhifəsində məlumat verilib.
"Zərif Zöhrabova həm savadlı müəllim, həm də xeyirxah insan idi. İşlədiyi 3 il ərzində məktəb kollektivinin nüfuzunu qazanmış, həm də şagirdlərin sevimli müəllimlərindən idi.
Kollektivimiz adından Zərif müəllimə Allahdan rəhmət diləyirik! Allah əzizlərinə səbir versin!", - deyə paylaşımda bildirilib.
T.İSMAYIL
