Bakının məşhur məktəbinə yeni direktor təyin edildi - FOTO

 14:48 10.10.2024     308

Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksinə yeni direktor təyin edilib.

Redaktor.az-ın özəl məlumatına görə, məktəbin yeni direktoru Aygün Mikayılova bu gün kollektivə təqdim olunub. Məlumatı məktəbdən saytımıza təsdiq ediblər.

A.Mikayılova bundan öncə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, 132-134 nömrəli Təhsil Kompleksinin bundan öncəki direktoru Əməkdar müəllim, 3-cü dərəcəli “Əmək” ordenli Sara Xanlarova idi. O, ötən ay çalışmanın yaş həddinə çatma səbəbi ilə işdən çıxıb.

Sevinc İBRAHİMZADƏ

2