Nazir diaqnostik qiymətləndirilmənin ilkin nəticələrindən DANIŞDI

 13:35 24.10.2024     273

Ötən həftəsonu ilk dəfə bağça tərbiyəçi-müəllimləri üçün keçirilən diaqnostik qiymətləndirməni qənaətbəxş hesab etmək olar.

Redaktor.az xəbər verir ki, o, bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, qiymətləndirilmə vasitəsilə bağçalarda ümumi vəziyyəti bilib ona uyğun ölçmə alətləri hazırlamaqdır "Əsas məqsəd sertifikasiya imtahanlarına hazırlıqdır. Həftəsonu diaqnostik qiymətləndirmədə həm kifayət qədər qənaətbəxş nəticə göstərən şəxslər, həm də təkmilləşdirməyə ehtiyac duyan tərbiyəçi-müəllimlər olduğunu gördük. Odur ki, bu sahədə görəcək işlərimiz çoxdur. Təlim paketləri hazırlanır".