Qızlar Universitetinin təsisçisindən "manyak"la bağlı AÇIQLAMA

 17:23 29.10.2024     1297

Xəbər verdiyimiz kimi, bəzi KİV-də Bakı Qızlar Universitetinin tələbələrinin fotolarını çəkərək yayımlayan şəxslə bağlı məlumatlar yayılıb. Sonradan mətbuata açıqlama verən həmin şəxs onun “manyak” kimi ictimaiyyətə təqdim olunmağının düzgün olmadığını və bunu sözügedən universitetin 2-ci kurs tələbəsinin etdiyini bildirib. Onun sözlərinə görə, problemlə bağlı o, Bakı Qızlar Universitetinin təsisçisi Ağarəhim Rəhimovla da görüşüb.

Məsələylə bağlı Redaktor.az-ın əməkdaşı professor Ağarəhim Rəhimovla əlaqə saxlayıb. O, saytımıza açıqlamasında baş verənlər haqda bunları deyib:

“Hadisə bir neçə gün öncə baş verib. Oğlan universitetin ətrafında olanda qız da onun şəklini çəkib sosial şəbəkələrdə paylaşıb. Oğlanın anasıyla bacısı universitetə gəlmişdi. Dedilər ki, qız oğlumuzun şəklini çəkib paylaşıb. Mən də dedim ki, oğlun universitetin ətrafında nə gəzir? Sonra qız da anasıyla universitetə gəldi və məlum olu ki, oğlan da, qız da Laçın rayonundandırlar. Dedim ki, universitetdə belə söz-söhbətlərə son qoyun, nə probleminiz varsa, başqa yerdə həll edin”.

Vasif ƏLİHÜSEYN