Rektor vəzifədən azad edildi - Yerinə xanım təyin edildi - FOTO

 12:07 05.11.2024     421

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) tabeliyindəki Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru, professor Hüseyn Qaraşov vəzifəsindən azad edilib.

Redaktor.az unikal.az-a istinadla xəbər verir ki, bununla bağlı AHİK-in sədri Sahib Məmmədov əmr imzalayıb.

Hüseyn Qaraşov bu gün kollektivlə vidalaşıb.

Sahib Məmmədovun digər əmri ilə akademiyanın rektoru vəzifəsi Nurəngiz Mikayılovaya həvalə olunub.

Qeyd edək ki, N.Mikayılova AƏSMA-nın prorektoru vəzifəsində çalışıb.