Yeni rektor kollektivə təqdim EDİLDİ
Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru vəzifəsinə təyin edilən Yaşar Ömərov noyabrın 5-də müəssisə kollektivinə təqdim olunub.
Bu barədə Redaktor.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, rektoru kollektivə təqdim edən elm və təhsil nazirinin müavini İdris İsayev Prezident İlham Əliyevin rəhbərliyi altında təhsil sahəsində uğurlu islahatlar həyata keçirildiyini diqqətə çatdıraraq bu istiqamətdə qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı universitet kollektivinə müvafiq tövsiyələrini verib.
Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov öz növbəsində ona göstərilən yüksək etimada görə təşəkkür edib və bu etimadı doğruldacağını bildirib.
Təqdimat çərçivəsində nazir müavini ATU professorlarının təkliflərini dinləyib.