Bu il tikilən və təmir edilən məktəb binalarının sayı AÇIQLANDI
2024-cü il ərzində 33 məktəb binası tikilib və ya təmir edilib.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, azad edilmiş ərazilərdə 5 məktəb istifadəyə verilib və fəaliyyətə başlayıb: "Növbəti ildə məktəbəqədər təhsillə bağlı 467,4 milyon manat vəsait nəzərdə tutulub. 5 yaşlı uşaqların məktəbəhazırlığa cəlb edilməsi 87 %-ə çatıb”.