Bəzi universitetlərə 30 ildən çoxdur maliyyə ayrılmır - Fazil Mustafa

 15:35 25.11.2024     105

"Büdcəmizdə müdafiə və təhlükəsizlik, o cümlədən əhaliyə sosial yardım azaldılmamalı, daha da artırılmalıdır".

Redaktor.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

O bildirib ki, ən vacib məsələlərdən biri təhsilin keyfiyyətsizliyi ilə bağlıdır.

"Azərbaycanda təhsildə dinə yol verilməlidir. Bundan başqa təklif edirəm ki, qeyri-yaşayış yerlərinin özəlləşdirilsin. İstifadəsiz qalan torpaqlar dövlət tərəfindən yararlı hala salınmalıdır. Biz qonşu ölkələrdən siyasi cəhətdən üstünük. Amma qardaş Türkiyə ilə müqayisə olunub, onlarla özümüzü uyğunlaşdırmalıyıq. Hər bir ölkənin inkişafı elm-təhsildən asılıdır. Bu sahəyə maliyyə dəstəyi lazımdır. Bəzi universitetlərə 30 ildən çoxdur ki, maliyyə ayrılmır, labarotoriyası yenilənmir. Lazımsız yerlərə vəsait xərcləmək əvəzinə universitetlərə ayırsaq, dünya reytinqində ilk sıralarda ola bilərik", - deyə Fazil Mustafa qeyd edib.

Türkan İSGƏNDƏRLİ