Bağça müdiri olmaq istəyənlərin DİQQƏTİNƏ!: Sənəd qəbulu BAŞLADI

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayıb.
Redaktor.az xəbər verir ki, proses dekabrın 4-dək davam edəcək.
Qeyd edək ki, müsabiqədə pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər.