"Son zəng"dəki mahnıya görə işdən çıxarılan direktor vəzifəsinə qayıdır - MƏHKƏMƏ QƏRARI

 14:45 29.11.2024     2842

Samuxda məktəbdə keçirilən "Son zəng" mərasimində bayağı musiqi səsləndirilməsinə görə işdən azad olunan məktəb direktoru vəzifəsinə bərpa edilib.

Redaktor.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar çıxarıb.

Samux rayonunun İnstitut qəsəbəsi tam orta məktəbin işdən çıxarılan direktoru Gülsafa Abbasova həmin təhsil müəssisəsində direktor vəzifəsinə qaytarılıb.

Məhkəmə direktorun baş vermiş hadisədə günahsız olması qənaətinə gəlib. Bundan əlavə, onun işdən uzaqlaşdırıldığı 6 ay müddətə direktor vəzifəsinin əməkhaqqısının da qaytarılmasına qərar verilib.

Qeyd edək ki, Samux rayonunun İnstitut qəsəbəsindəki məktəbdə bu il keçirilən "Son zəng" tədbirində kriminal xarakterli musiqinin ifa edilməsini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılmış və müzakirələrə səbəb olmuşdu. Bu səbəbdən direktor işdən kənarlaşdırılmışdı.