"Dərslərin saat 9-da başlaması valideynlərin işlərində problemlər yarada bilər" - AÇIQLAMA

 17:23 02.12.2024     126

Təhsil eksperti Kamran Əsədov təklif edib ki, qış aylarında məktəblərdə dərslər 1 saat önə çəkilsin. Onun sözlərinə görə, bu, həm uşaqların sağlamlığını və təhlükəsizliyini qoruyar, həm onların yuxu rejimini tənzimləyər və dərslərdə diqqəti artırar, ən əsası isə valideynlər üçün bu erkən səhər tələsikliyi bir qədər yüngülləşər.

Bəs dərslərin başlama vaxtı dəyişdirilməlidir? 

Bu barədə təhsil eksperti Adil Vəliyev Redaktor.az-a açılamasında bildirib ki, məktəblərdə dərslərin səhər saat 8-də başlaması daha məqsədəuyğundur:

"Çünki şagirdləri adətən valideynlər məktəbə yola salır, yaxud məktəbə təhvil verir və daha sonra öz işlərinə gedirlər. Bu halda saat 8-dən gec, hətta 9-da başlaması belə valideynlərin işlərində bir sıra problemlər yarada bilər. Bundan başqa, məktəblərdə dərs vaxtlarında da qarışıqlıq meydana gələ bilər. Çünki bəzi məktəblərdə ikili dərslər həyata keçirilir və iki növbəli olduğu üçün də digər vaxtda dərsə gedən şagirdlər daha gec, qaranlıq vaxtlarda dərsdən çıxacaqlar. Düşünürəm ki, qaranlıq olduğu üçün bəzi xoşagəlməz hadisələrə səbəb ola bilər".

Abituriyentlərin çoxu ikinci cəhddə iştirak etmək istəyir' — Təhsil eksperti

Ekspert xatırladıb ki, universitetlərdə dərslər saat 9-da başlaya bilər:

"Ona görə ki artıq onlar yetkin gənclərdir və özləri təhsil müəssisəsinə rahat şəkildə gedə bilirlər. Bu halda onların dərsləri saat 9-da başlaya bilər. Ancaq məktəblərdə belə bir saat dəyişikliyin olması həm valideynlər, həm də şagirdlər üçün müəyyən çətinliklər yarada bilər.

Sevinc İBRAHİMZADƏ