Məktəblimiz Romada beynəlxalq yarışda 1-ci yeri TUTDU
Bakının Nizami rayonu 129 nömrəli məktəbin 10-cu sinif şagirdi Şükürlü Röyal Vüqar oğlu İtaliyanın paytaxtı Roma şəhərində keçirilən “Fibonacci” Beynəlxalq robot yarışının qalibi olub.
Redaktor.az xəbər verir ki, əslən Cəbrayıl rayonundan olan 15 yaşlı R.Şükürlü uşaqlıqdan leqo modellərinin yığılmasına böyük maraq göstərib. Bundan əvvəl də o, Azərbaycanda, istərsə də ölkə xaricində təşkil olunan robot yarışlarında iştirak edərək yüksək nəticələr əldə edib. Rumıniyanın Buxarest şəhərində keçirilən və 20 ölkənin “İnfomatrix WorLd Final” çempionatında “Mini Sumo” kateqoriyasında 1-ci yerə layiq görülərək platinium (fırst of the fırst) medalı ilə təltif edilib.
Eyni zamanda Rumıniya və 25 ölkənin qatıldığı “Robochallenge 2024” Dünya Çempionatının “Mini Sumo kids” kateqoriyası üzrə 174 komanda və 964 robot arasında 3-cü yerə çıxıb.
Türkan İSGƏNDƏRLİ