"Şagirdlər sosial şəbəkələrin təsirindən qorunmalıdır"

 10:44 09.12.2024     1537

"Texnologiya və sosial şəbəkələr uşaqlarımızın həyatının ayrılmaz hissəsinə çevrilib. Lakin bu onların diqqətini dağıdır, mənfi təsirlərə məruz qalma ehtimalını artırır və təhsilə olan marağını azaldır".

Redaktor.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov sosial media hesabında yazıb. Onun sözlərinə görə, məktəblərdə və evdə şagirdləri telefon və sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırmaq lazımdır.

Kamran Əsədov izləyicini təhqir etdi — Foto

"Təkliflər:
 • Dərs zamanı telefonlardan istifadəyə tam qadağa qoyulmalıdır.
 • Valideynlər evdə sosial media istifadəsini nəzarətə götürməli və vaxt limiti tətbiq etməlidir.
 • Şagirdlər asudə vaxtlarını kitab oxumağa, idmana və digər faydalı fəaliyyətlərə yönəltməlidirlər.

Şagirdlərin sağlam zehni inkişafı üçün onları real həyatın dəyərləri ilə tanış etməli və texnologiyanın deyil, bilik və bacarıqların önəmini aşılamalıyıq. Unutmayaq ki, gələcəyimiz onların əlindədir!", - deyə ekspert qeyd edib.

Türkan İSGƏNDƏRLİ