"İmkan olsa, sinifə qədər maşınla girərsiniz!" - Ekspertdən TƏNQİD
"Məktəbin qapısı uşaqların təhlükəsiz addımladığı yer olmalıdır, maşın parkı nəticəsində yaranmış tıxac yeri yox!".
Redaktor.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov sosial media hesabında paylaşım edib.
"Valideynlər, avtomobilinizi məktəbin düz qarşısında saxlayaraq övladınıza sevgi göstərdiyinizi düşünürsünüz? Əslində, siz onların gözündə məsuliyyət anlayışını məhv edirsiniz! İmkan olsa, bəlkə də, sinifə qədər maşınla girərsiniz! Sevgi təkcə rahatlıq yaratmaq deyil, onları həyatda müstəqil addımlamağa öyrətməkdir. Maşını bir az kənarda saxla, övladınla birgə addımla, bu yolu həyat dərsinə çevir də. Müəllim təkcə dərs keçməyəcək ki? Sən də piyada gəl, ona nələrisə danış, öyrət də. Onsuz da bütün günü telefon əlinizdən düşmür, uşağınızdan uzaqsınız. Bəlkə də bu addımlar gələcəyin böyük insanını formalaşdıracaq", - deyə o, paylaşımda qeyd edib.
Sevinc İBRAHİMZADƏ