İcra başçısının sabiq müavini universitetə qərargah rəisi təyin EDİLDİ

 17:16 16.12.2024     161

Lənkəran Şəhər İcra Hakimiyyətinin sabiq birinci müavini Möhübbət Babayevə yeni vəzifə verilib.

Redaktor.az xəbər verir ki, Möhübbət Babayev Lənkəran Dövlət Universitetində Mülki müdafiə qərargahının rəisi təyin edilib. 

Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov müvafiq əmr imzalayıb. 

Qeyd edək ki, Möhübbət Babayev 26 fevral 2024-cü il tarixədə Lənkəran şəhər İcra Hakimiyəti başçısının birinci müavini vəzifəsindən azad edilərək, son yaş həddinə görə təqaüdə göndərilib (Qaynarinfo).