Məktəblərdəki yoxlama nəticəsində 70 nəfər işdən çıxarılıb - RƏSMİ

 12:12 28.12.2024     701

Bu il məktəblərdəki yoxlama nəticəsində 70 nəfər işdən çıxarılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin ilin yekunları ilə bağlı yaydığı məlumatda qeyd olunub.

Belə ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ümumi təhsil müəssisələrində aparılan yoxlamalar nəticəsində 70 nəfər işdən çıxarılıb, 133 nəfərə töhmət, xəbərdarlıq və şiddətli töhmət verilib.