Bayramdan sonra imtahan qrafiki açıqlanacaq - DİM sədri

Bayram günlərindən sonra imtahan qrafikinin paylaşılması nəzərdə tutulur.
Redaktor.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bayramla əlaqədar təbriki müraciətində məlumat verib.
O həmçinin deyib ki, imtahanlarda iştirakçı sayı bu il 610 min nəfərdən, DİM-in elektron xidmətlərindən istifadə sayı isə 12 milyon dəfədən çox olub.