Məktəblərdə 1 həftə dərs OLMAYACAQ

Məktəblilərin qış tətilinin vaxtı bilinib.
Redaktor.az xəbər verir ki, ümumi təhsil müəssisələrində 5 gün (27-31 yanvar) qış tətili olacaq.
Qış tətilindən sonrakı günlər şənbə və bazara düşdüyünə görə ümumi təhsil müəssisələrində ilk dərs günü fevralın 3-nə təsadüf edir.
Qeyd edək ki, hər il bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.