Bakı Ali Neft Məktəbinə yeni prorektor təyin OLUNDU
Bakı Ali Neft Məktəbinə (BANM) strateji inkişaf üzrə prorektor təyin edilib.
Redaktor.az xəbər verir ki, bu vəzifəyə Güldənə Hidayətli təyinat alıb.
Güldənə Hidayətli BANM-ın yetirməsidir. Hidayətli Güldənə Şahin qızı 1995-ci ildə Qəbələ rayonunda anadan olub. 12 yaşına qədər valideynlərilə Rusiyada yaşayıb və ilk təhsilini orada alıb.
Sonra ailəsi Bakıya köçüb. Orta məktəbi bitirdikdən sonra Bakı Ali Neft Məktəbinə (Heriot Vatt Universiteti ilə ikili diplom proqramı) kimya mühəndisliyi ixtisasına qəbul olunub. Bakalavr təhsilini tamamladıqdan sonra yenidən BANM-da MBA ixtisası üzrə magistr təhsili alıb.
O, əmək fəaliyyətinə BANM-da başlayıb. G.Hidayətli BANM-ı bitirəndən sonra rəhbərliyin tövsiyəsilə burada fəaliyyətə başlayıb.
O, əvvəlcə Kefiyyətə təminat şöbəsində əməkdaş, son 5 ildə isə həmin şöbənin müdiri vəzifəsində çalışıb, eyni zamanda BANM-da dərs deyir.
G.Hidayətlinin prorektorluğa təqdimatı BANM rektoru Elmar Qasımov tərəfindən SOCAR rəhbərliyinə verilib və təsdiqlənib.
O, birinci "Yüksəliş” müsabiqəsinin qalibidir. Ailəlidir, bır qızı var (modern.az).