Azərbaycanda bu qurumda nahar fasiləsi 48 dəqiqəyə ENDİRİLDİ

 11:02 28.01.2025     315

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda nahar fasiləsinin müddəti müəyyənləşib.

Redaktor.az-ın iqtisadiyyat.az-a istinadla məlumatına görə, institutda iş günü 48 dəqiqəlik nahar fasiləsi müəyyən edilməsi şərti ilə hər gün 8 saatdan ibarətdir (09:­00- 1800).

İqtisadiyyat İnstitutu ilə Həmkarlar İttifaqı Komitəsi arasında bağlanılmış Kollektiv Müqaviləyə əsasən, iş həftəsi cəmi 40 saatlıq olmaqla 5 günlük iş həftəsindən ibarətdir. Həmkarların razılığı ilə işçilər əlavə vaxtda və ya iş günündə işə cəlb edilə bilər, bu zaman onların əmək haqları qanunvericilikdə nəzərdə tutulmuş şərtlərlə tənzim olunur.

İşçinin yaxın qohumu vəfat etdikdə onun əmək haqqı ödənilməklə 3 günə qədər işə çıxmamasına icazə verilir.

Doğuşa və uşağa qulluq etməyə görə qadınlara qanunvericiliklə nəzərdə tutulan məzuniyyətdən əlavə, ehtiyac olduqda öz hesabına əlavə məzuniyyət verilir, hamilə qadınların sağlamlığını təmin etmək məqsədilə işə gəlib-getmə müddətinin nəqliyyatda sıxıntı olmayan vaxta düşməməsi üçün onların işə gəlib-getməsi münasib vaxt rejimi ilə tənzimlənir.

İnstitutda günlük iş müddətinin 8 saat, nahar fasiləsinin isə 48 dəqiqə müəyyən edildiyini nəzərə alsaq, gündəlik yerdə qalan 12 dəqiqə (ümumilikdə həftədə 1 saat) ilə bağlı heç bir məlumat açıqlanmayıb.