"Kursların verdikləri sənəd işə qəbul üçün əsas ola bilməz" - Ekspert
Son illər bəzi gənclər universitet oxumaq əvəzinə bir neçə aylıq ixtisaslaşmış kurslara gedirlər və oradan sertifkat aldıqdan sonra iş həyatına atılırlar. Bəzən də oxuduğu ixtisas üzrə işləməmək üçün bu kurslara üz tuturlar.
Bəs işə qəbul zamanı diploma, yoxsa sertifkata üstünlük verilməlidir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil üzrə ekspert Elşən Qafarov bildirdi ki, kurslar təhsil sahəsində kommersiya şirkətləridir.
“Azərbaycan Respublikasında qanunverciliyə görə təhsil müəssisəsi fəaliiyyətinə lisenziya verilmiş və hər beş ildən bir akreditasiya olunmuş müəssisələrdir ki, təhsilin sonunda hansı pilləni, səviyyəni əhatə edirsə, bununla bağlı dövlət nümunəli sənəd verirlər. Kurslar qeyri formal təhsilə aiddir və onlar dövlət nümunəli sənəd vermirlər. Onların verdikləri sənəd işə qəbul üçün əsas ola bilməz. Ona görə də işə qəbul üçün əsas olan sənədlərə peşə təhsili, orta ixtisas və ya ali təhsilin hər hansı bir səviyyəsini və bu pillələrdən birini bitirmiş şəxslərə aiddir. Bu baxımdan kurslar sadəcə qeyri-formal təhsildir və hər hansısa bilik bacarıqların əldə edilməsi ilə bağlı sertifkat verə bilir və bu işə qəbul zamanı nəzərə alına bilər, lakin əsas ola bilməz. O zaman kursu bitirən şəxsləri işə qəbul edirlər ki, orada onlardan hansısa bacarıqlar tələb olunur və həmin bacarıqları kursda əldə edirlər, bununla bağlı sertifkat təqdim olunur”,- deyə ekspert əlavə etdi.
BƏNÖVŞƏ