"Bu gün gənclər təhsildə də uğurlara imza atırlar" - Ceyhun Məmmədov

 11:37 03.02.2025     142

"2 Fevral hər il ölkəmizdə Gənclər Günü kimi qeyd olunur. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda yetişməsi Ulu Öndərin əsas prioritetlərindən idi".

Redaktor.az xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

"İkinci Qarabağ müharibəsi vaxtında gənclərin qorxusuz döyüşməsi onların vətənə olan sevgisindən, Prezidentin Dəmir Yumruğunun ətrafında birləşməsindən xəbər verir. Bu gün gənclər təhsildə də uğurlara imza atırlar".

Türkan İSGƏNDƏRLİ