Emin Əmrullayev sektor müdirini məktəb direktoru TƏYİN ETDİ
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə vəzifəsindən azad edilib.
Redaktor.az-ın unikal.az-a istinadla məlumatına görə, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Nazirin digər əmri ilə Anar Mustafazadə Bakı şəhəri 272 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyinat alıb.