“İlin gənc müəllimi - 2024” müsabiqəsinə qeydiyyat BAŞLADI

 15:06 04.02.2025     158

"İlin gənc müəllimi - 2024" müsabiqəsi başlayır.

Redaktor.az xəbər verir ki, müsabiqə azedu.az təhsil portalının təşkilatçılığı ilə keçirilir.

"İlin gənc müəllimi - 2024" müsabiqəsinin məqsədi motivasiya dolu həyat hekayələri olan və faydalı işlər görən ən yaxşı orta məktəb müəllimlərini ictimaiyyətə tanıtmaq və mükafatlandırmaqdır.

Layihə hər il olduğu kimi üç mərhələdə həyata keçiriləcək: I mərhələdə gənc müəllimlər onlar üçün nəzərdə tutulan formu dolduraraq, özləri haqqında ətraflı məlumat təqdim etməli və formda tələb olunan bütün bəndləri cavablandırmalıdırlar.

II mərhələdə təşkilatçılar tərəfindən müəyyən edilən ekspertlər qrupu qeydiyyatdan keçən müəllimlərin məlumatlarını 100 ballıq şkala ilə qiymətləndirəcəklər. Daha sonra müsabiqədə iştirak edən ilk 100, daha sonra isə 50 müəllimin siyahısı ictimaiyyətə təqdim olunacaq.

Onlar arasından isə yalnız 10 müəllim III mərhələyə (final mərhələsinə) keçə biləcək.  

Qeyd edək ki, “TOP-10”a vəsiqə qazanan müəllimlər yalnız onlayn səsvermə ilə deyil, eyni zamanda yüksək nüfuza malik elm və təhsil xadimlərindən ibarət komissiya tərəfindən dəyərləndiriləcək.

Bu mərhələdə 20 bal onlayn səsvermənin nəticələrinə, 80 bal isə təhsil xadimlərinin qiymətləndirilməsinə əsasən veriləcək.

Münsif və ekspertlərin adları hər il olduğu kimi bu il də gizli saxlanılacaqdır.

Qeydiyyat formuna buradan daxil olmaqla, müsabiqəmizdə iştirak edə bilərsiniz!

Son qeydiyyat tarixi: 25.04.2025

QEYD: Formu doldurduqdan sonra özünüz haqqında ətraflı məlumatı AzEdu.az Təhsil Portalının rəsmi elektron ünvanına göndərə bilərsiniz: [email protected]

Form linki: //forms.gle/xsrr5eGvcNZDSoxYA