Azad olunmuş ərazilərdə bu qədər məktəb fəaliyyət göstərir - AÇIQLAMA

 15:16 06.02.2025     349

Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad olunan ərazilərdə 11 məktəb fəaliyyət göstərir, 272 müəllim işləyir, 2213 şagird təhsil alır.

Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.

Nazir qeyd edib ki, 6 məktəbəqədər təhsil müəssisəsində isə 16 tərbiyəçi işləyir, 183 uşaq təhsil alır.