"Öz sinfində dərs dediyi uşağa repetitorluq etmək ayıbdır" - Emin Əmrullayev

 16:00 06.02.2025     387

"Repetitorluğun birdən-birə ləğvi mümkün deyil".

Redaktor.az-ın məlumatına görə, bu barədə elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.

Onun sözlərinə görə, müəllimlərin məktəb daxilində dərsdən sonra repetitorluqla məşğul olması doğru deyil.

"Dəbə görə də repetitor yanına gedənlər var. Öz sinfində dərs dediyi uşağa dərsdən sonra da repetitorluq etmək ayıbdır. Repetitorluğun ləğvi birdən-birə aparıla bilməz. Mərhələ-mərhələ repetitorluq ləğv ediləcək", - deyə nazir bildirib.