Nazir Bakının mərkəzindəki universitetlərin köçürülməsindən DANIŞDI
![](https://img.redaktor.az/news/2025/02/photo_269514.webp)
Bakının mərkəzində yerləşən universitetlərin köçürülməsi istisna edilmir.
Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, bu məsələ layihə və ilkin təkliflər formatındadır: "Universitetlərin köçürüləcəyini deyə bilmirik, amma istisna edilmir. Sadəcə, bu asan məsələ deyil. Bakının mərkəzindəki universitetlərdə 20 000 tələbə və üstəlik, nə qədər müəllim var".