"Keyfiyyət göstəricilərində problemlər mövcuddur" - Emin Əmrullayev

 12:00 10.02.2025     871

"Peşə təhsili və ali təhsil sahəsində əhəmiyyətli artımlar müşahidə olunub".

Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimat tədbirində deyib.

Nazir, eyni zamanda, bildirib ki, təhsil sahəsinə yatırılan investisiyaların artması tələb olunur: "Məsələn, bu il ilk dəfə olaraq bakalavr səviyyəsində 60 min tələbə, peşə təhsilində 25 min və subbakalavr səviyyəsində 15 min tələbə təhsil alır. Bu rəqəmlər son on ildə əhəmiyyətli dərəcədə artıb. Lakin keyfiyyət göstəricilərində hələ də bəzi problemlər mövcuddur. Eyni zamanda, COVID-19 pandemiyası da təhsil üzərində uzunmüddətli təsir göstərir".