Bu il 5 fənnin müəllimləri sertifikasiyadan keçiriləcək - Nazirdən AÇIQLAMA

 17:42 06.02.2025     143

Bu il 5 fənnin müəllimlərinin sertifikasiyadan keçirilməsi gözlənilir.

Redaktor.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, 2025-ci ildə biologiya, kimya, coğrafiya, informatika və fizika müəllimləri sertifikasiyadan keçiriləcək.

Gələn il isə tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə müəllimlərinin sertifikasiyadan keçiriləcəyi qeyd olunub.

Əmrullayev bildirib ki, 2026-cı ilin sonuna qədər əlavə 40 min müəllim sertifikatlaşdırma prosesinə cəlb ediləcək.

“Bu addım müəllimlərin bilik və bacarıqlarının artırılması, həmçinin təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədini daşıyır. Sertifikatlaşdırma prosesi müəllimlərin peşəkar inkişafına təkan verməklə yanaşı, onların əməkhaqqı sisteminə də təsir göstərir. Gələcək illərdə prosesin daha da genişləndirilməsi planlaşdırılır” - nazir deyib.