Bakıda bağçada azyaşlıya şiddət göstərildi - VİDEO

 18:44 10.02.2025     573

Bakıda uşaq bağçasında tərbiyəçinin azyaşlıya şiddət göstərməsi ilə bağlı sosial şəbəkələrdə videogörüntü yayılıb.

DİN-in Mətbuat xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Redaktor.az-a bildirib ki, görüntülərlə bağlı müvafiq polis orqanında araşdırma aparılır.

Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.

Qeyd edək ki, hadisə Nizami rayonu ərazisində, "Qara Qarayev" metrostansiyası yaxınlığında yerləşən özəl bağçada qeydə alınıb.

Vumart və Güvən reklamı Vumart Güvən