5000-ə yaxın müəllimin işinə xitam verilib - RƏSMİ

 11:43 12.02.2025     181

İndiyə qədər, ümumilikdə, sertifikasiya imtahanından keçmədiyi üçün 5000-ə yaxın müəllimin işinə xitam verilib.

Redaktor.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu il sertifikasiyaya 22000 müəllim cəlb olunacaq.