Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin OLUNDU
![](https://img.redaktor.az/news/2025/02/photo_270203.webp)
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olunub.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı "Report"a Dövlət Agentliyi təsdiqləyib.
Qeyd edək ki, bundan öncə Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Eyvaz oğlu Əzizov idi. Prezident İlham Əliyev müvafiq Sərəncamı ilə o, ADNSU-ya rektor təyin olunub.