29 yaşlı əsgər alimlik dərəcəsi üçün üçgünlük məzuniyyətə gəldi - VİDEO
![](https://img.redaktor.az/news/2025/02/photo_270329.webp)
29 yaşlı əsgər məzuniyyətə gələrək alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiəsində iştirak edib.
Redaktor.az xəbər verir ki, Seyidməmməd Məmmədzadə tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almaq məqsədilə dissertasiya müdafiəsində iştirak üçün Dövlət Sərhəd Xidməti Qoşunlarının komandanına yazılı müraciət edib.
Onun müraciəti qəbul edilib və 29 yaşlı əsgər üçgünlük məzuniyyətə çıxaraq Bakıya yollanıb, bu gün isə doktorluq müdafiəsini həyata keçirib.
Qeyd edək ki, S.Məmmədzadə 1996-cı ildə Bakı şəhərində anadan olub. 2013-2017-ci illərdə Bakı Dövlət Universitetində bakalavr, 2017-2019-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində magistr, 2020-2023-cü ildə isə Azərbaycan Milli Elmlər Akademiyasında doktorantura pilləsi üzrə təhsil alıb (Qafqazinfo).