"Bu müəllimlərə əlavə əməkhaqqı verilməlidir" - Kamran Əsədov

 22:26 18.02.2025     1113

"Hər səhər günəşdən tez yola düşən, bəzən palçıqlı cığırları, bəzən şaxtalı yolları, bəzən də toz-duman içindəki qaranlıq yolları aşaraq sinif otağına çatan müəllimlər var. Onlar öz övladlarını səhər tezdən tərk edib, başqasının övladına bilik verməyə gedirlər. Onlar təkcə dərs keçmirlər – ümid aparırlar, gələcək inşa edirlər, savad işığı yandırırlar. Bəs cəmiyyət onların bu fədakarlığını görürmü?".

Redaktor.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında yazıb. 

Ekspert bildirib ki, müəllim olmasa, sabah da olmaz: 

"Uzaq məsafələrə gedən müəllimlərə əlavə əməkhaqqı, sosial dəstək, güzəştlər verilməlidir! Çünki bir müəllimin yorğunluğu, min şagirdin uğuruna çevrilir!".

Kənan YUSİF