"Belə havalar üçün distant tədris proqramı olmalıdır"

"Bu cür hava şəraiti, eləcə də digər fors-mojor hallar üçün əlimizdə hər zaman alternativ distant tədris proqramı olmalıdır".
Redaktor.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Elmin Nuri bildirib.
"Pandemiya zamanı başqa variant olmadığı üçün heç bir təcrübə, mexanizm olmadan buna əl atıldı. Amma distant tədris formasının daha keyfiyyətli, daha sistemli, daha səmərəli olması üçün mütləq onun mexanizmi işlənilməli və bu istiqamətdə müəyyən hazırlıqlar həyata keçirilməli idi".
Onun sözlərinə görə, bu mexanizm yaradılsa, şagird və valideynlər əziyyət çəkməzdi.
"Bugün şagirdlərin həm də valideyn və müəllimlərin bir qismi belə hava şəraitində əziyyət çəkib məktəbə yollanmaz, daha sonra ikinci dəfə əziyyət çəkib məktəbdən geri qayıtmazdılar. Tədris proqramı da axsamazdı".
Türkan İSGƏNDƏRLİ