3339 müəllim işlə təmin OLUNDU

 12:58 24.02.2025     289

Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin əlavə yerləşdirmə mərhələsi üzrə cari tarixə qədər 3 339 nəfər müddətli müqavilə əsasında işləmək imkanı əldə edib.

Redaktor.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "Azərbaycan müəllimi"nə məlumat verilib.

Bildirilib ki, 2024-cü ildə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 10 000-dən artıq vakant yer təqdim olunmuşdu. Müsabiqənin nəticələrinə əsasən, 4 641 nəfər müddətsiz, 1 644 nəfər isə müddətli müqavilə ilə işlə təmin olunub.