BDU vakansiya elan ETDİ

 12:36 25.02.2025     165

Bakı Dövlət Universiteti (BDU) fakültə və kafedralarda boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edir.

Redaktor.az-ın məlumatına görə, Universitetdən bildirilib ki, müsabiqədə iştirak etmək üçün sənədlər seçkinin elan olunduğu gündən Azərbaycan Respublikası Təhsil Nazirliyi (indiki Elm və Təhsil Nazirliyinin) Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/5 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na əsasən 1 ay müddətində, 1996-cı il 7 avqust tarixli 401 saylı “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq 30 gün müddətində qəbul edilir.

Ünvan: AZ1148, Bakı şəhəri, Z.Xəlilov küçəsi 33 (modern.az).