"Bəzi məktəblərdə istilik sistemi yoxdur"

 11:44 27.02.2025     144

"Qış öz sərt üzünü göstərir. Təkrar qar yağıb, yollar buz bağlayıb, hər addımda sürüşüb yıxılmaq təhlükəsi var. Uşaqlar məktəbə getməyə çalışır, amma soyuq, şaxta, qarlı yollar onların qarşısını kəsir".

Redaktor.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, bəzi məktəblərdə istilik sistemi yoxdur.

"Sinif otaqları soyuq, bəzi məktəblərdə istilik sistemi ya ümumiyyətlə yoxdur, ya da işləmir. Titrəyən əllərlə qələmi tutmaq, donmuş barmaqlarla yazı yazmaq, soyuq siniflərdə dərs dinləmək. Uşaqların üzündə təhsilə deyil, soyuğa qarşı mübarizənin izləri var.

Belə havada məktəblərə necə davamiyyət gözlənilə bilər? Uşaqlar donmamalıdır, onlar öyrənməlidir!".

Ekspert qeyd edib ki, təhsilin istiliyi sinif otaqlarında da hiss olunmalıdır.

Türkan İSGƏNDƏRLİ