DİM vakansiya elan etdi: bu vəzifələrə işçi AXTARIR

Dövlət İmtahan Mərkəzinin (DİM) E-imtahanlar və müsahibələrin təşkili departamentində məsləhətçi və baş məsləhətçi vəzifələri üzrə vakansiyalar elan edilib.
Redaktor.az xəbər verir ki, hər bir vəzifə üzrə qulluq funksiyaları, vəzifənin tutulma şərtləri və digər tələblər DİM-in saytının “Vakansiya” bölməsində yerləşdirilib.
Vakansiyaüzrə müraciət etmək istəyən şəxslər "Kadr uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində “Elektron imtahan, yoxlama və müsahibələrin texnoloji təminatı şöbəsində baş məsləhətçi” qeyd etməklə [email protected] elektron poçt ünvanına 13 mart 2025-ci il tarixinədək göndərə bilərlər.
Müraciət edənlər həmçinin daha detallı məlumat təqdim etmək üçün verilən hiperkeçiddə xüsusi qeydiyyat formasını da doldurmalıdırlar.