Emin Əmrullayev 5 rayonun sakinlərini qəbul edəcək - ELAN

Elm və təhsil naziri Emin Əmrullayev 17 mart tarixində Şabran şəhərində vətəndaşları qəbul edəcək.
Bu barədə Redaktor.az-a Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Bildirilib ki, qəbulda Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran sakinləri iştirak edə bilərlər.
Adları çəkilən rayonların sakinləri 10 mart (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər.
Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.