Direktorun səsyazısı yayıldı - “Mənə dilənçi payı lazım deyil” + VİDEO

 10:00 02.03.2025     664

Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun səsyazısı yayılıb.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, səsyazısında direktorun müəllimlərlə mübahisəsi yer alıb.

Məlumata görə, direktor müəllimlərin ad günü ilə bağlı ona aldıqları hədiyyəni bəyənməyib və bu səbəbdən pedoqoji heyəti təhqir edib.

O, müəllimlərə “Mənə dilənçi payı lazım deyil” deyə irad bildirib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məsələ araşdırılacaq.

Qeyd edək ki, 1984-cü il təvəllüdlü Lamiyə İlhamsoy 2022-ci ildən bu vəzifədə çalışır.