Azərbaycanlı tələbə dünyanın ən yaxşı universitetinə qəbul oldu

Azərbaycanlı tələbə Gülarə Hüseynli ABŞ-nin TOP 6 universitetindən biri olan Johns Hopkins Universitetinin (JHU) Maliyyə üzrə magistr proqramına qəbul alıb.
Bu barədə Redaktor.az-a "Limitless Group" xaricdə təhsil şirkətindən məlumat verilib.
""Limitless Group" xaricdə təhsil şirkəti olaraq, tələbələrimizin dünya səviyyəli universitetlərdə təhsil alması üçün tam dəstək göstəririk. Məhz bizim peşəkar komandamızın rəhbərliyi və strateji yanaşması sayəsində Gülarə qəbul prosesini uğurla tamamlayaraq JHU-nun tam zamanlı MS in Finance proqramına qəbul alıb. Təkcə qəbul yox, həm də 20,000 dollarlıq təqaüd!
Gülaranın akademik uğurları və liderlik bacarıqları ona Dean’s Scholarship ($20,000) qazanmasına da imkan yaradıb. Bu, onun əzmkarlığının və "Limitless Group"un dəstəklədiyi düzgün ərizə strategiyasının nəticəsidir!
Biz hər il yüzlərlə tələbənin dünyanın ən nüfuzlu universitetlərinə qəbul almasına və təqaüdlər qazanmasına dəstək oluruq. Gülarə Hüseynlinin uğuru bunun növbəti sübutudur!", - deyə şirkətdən bildirilib.
