"Bu cür elementlər fədakar müəllimlərə qarşı sayğısızlıq yaradır"

"Ötən dəfə məktəbdə hədiyyə, pul, hər hansı maddi səbəbə görə bullinq edən müəllimlərə 8 Martda bircə gülün belə hədiyyyə edilməsinin çox olduğunu demişdik. Təhsilin yerli idarəetmə qurumları hər il məktəblərə təlimatlar göndərir, ciddi şəkildə 5 Oktyabr və 8 Martla bağlı tapşırıqlar verir. Amma yenə də bir qism şəxslər öz "daxili qaydalarını" daha vacib hesab edirlər".
Redaktor.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil eksperti Elmin Nuri özünün feysbuk hesabında yazıb.
"İki gün öncə direktorun məlum ""dilənçi" kod adlı" səs yazısı da bunun bir elementidir. Bu cür elementlər hər şeydən öncə, məhz illərini məktəbə həsr edən minlərlə fədakar müəllimlərə qarşı sayğısızlıq, ikili münasibət yaradır... Axı, onlar buna layiq deyillər!
Düşünürəm ki, təhsilin yerli idarəetmə qurumları təlimatlarla kifayətlənməyib, onları pozan şəxslərlə də bağlı lazımı addımlar atacaqlar", - deyə o qeyd edib.
Turan İSMAYIL