"Azərbaycan dili fənnini çətin etməkdə məqsədiniz nədir?" - Ekspertdən DİM-ə ETİRAZ

Təhsil eksperti Ramin Nurəliyev Dövlət İmtahan Mərkəzinin (DİM) buraxılış imtahanlarında Azərbaycan dili fənnini çətinləşdirməkdə ittiham edib.
Redaktor.az xəbər verir ki, o, bu barədə özünün feysbuk hesabında yazıb.
"Ey Dövlət İmtahan Mərkəzi, buraxılış imtahanlarında ingilis dili fənnini asan, Azərbaycan dili fənnini çətin etməkdə məqsədiniz nədir? Niyə gənclərimizdə öz dilimizlə müqayisədə başqa xarici dili asanlaşdıraraq dilimizə olan sevgini azaldırsınız? İkisini də eyni səviyyədə etsəniz, yaxud da öz dilimizi asan etsəniz daha yaxşı olmazmı?
İnanın ki, öz dilimizə aid sualların digərlərinə nisbətən çətin olması gənclərimizdə dilimizə olan sevgini nifrətlə əvəzləyə bilər.
Ümidvaram ki, növbəti illərdə və mərhələlərdə bu məsələyə diqqət edəcəksiniz!", - deyə R.Nurəliyev qeyd edib.
Turan İSMAYIL