Dünyada ingilis dili ən yüksək səviyyədə olan ölkələr – SİYAHI

 13:51 03.03.2025     359

İngilis dili səviyyəsinə görə reytinqdə liderlər Avropa ölkələridir.

EF EPI qlobal indeksi müxtəlif ölkələrdə ingilis dili biliyini qiymətləndirir. 

Redaktor.az xarici KİV-ə istinadla xəbərinə görə, 2024-cü il üçün yeni hesabat, dünyada ingilis dilinin orta səviyyəsinin dördüncü ildir ki, aşağı düşdüyünü müəyyən edib. Ölkələrin 60 faizi ötən illə müqayisədə aşağı bal toplayıb.

Məlumatlara görə, qadınlar arasında ingilis dili biliyi sabit qalıb, kişilər arasında isə azalıb. Bununla belə, 40 ölkədə kişilər ingilis dilini qadınlardan xeyli yaxşı bilirlər.

Ən böyük azalma Asiyadadır

Asiyada ingilis dilinin səviyyəsində kəskin eniş qeydə alınıb. Əsas səbəblər Hindistan və Çində göstəricilərin aşağı düşməsidir. Latın Amerikasında bir neçə illik artımdan sonra vəziyyət sabitdir. Braziliya və Salvadorda azalma qeydə alınıb. Eyni zamanda, Yaxın Şərqdə xüsusilə 18-25 yaşlı gənclər arasında artım müşahidə olunur.

Hesabat göstərir ki, ingilis dili biliyi birbaşa digər göstəricilərlə bağlıdır: innovasiya, gəlir səviyyəsi, iqtisadi rəqabət qabiliyyəti. Özəl sektorla dövlət sektoru arasında da uçurum var. Hesabatda deyilir: “Dövlət sektorunda çalışanlar ingilis dili biliklərinə görə özəl sektor işçilərindən xeyli aşağıdırlar ki, bu da onların qlobal bazara inteqrasiyasına mane ola bilər”.

Reytinqin liderləri Avropa ölkələridir

Ən yüksək 636 balla Hollandiya yenə birinci yeri tutub. 

İlk 10 ölkə:

1. Hollandiya

2. Norveç

3. Sinqapur

4. İsveç

5. Xorvatiya

6. Portuqaliya

7. Danimarka

8. Yunanıstan

9. Avstriya

10. Almaniya

Siyahının sonunda Tailand, İraq, Benin, Tacikistan, Anqola, Kamboca, Liviya, Ruanda, Somali yer alıb. Yəmən sonuncu yerdə qərarlaşıb.